Keçid linkləri

2025, 19 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:01
D.Tramp və V.Zelenski
D.Tramp və V.Zelenski

Tramp, Zelenski və Avropa liderləri görüşdü

Avqustun 18-də Volodimir Zelenski və yeddi Avropa lideri Vaşinqtonda Donald Trampla görüşüb. Danışıqların əsas mövzusu Birləşmiş Ştatların Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakı olub. Görüş Tramp və Rusiya prezidenti Vladimir Putinin Alyaskadakı sammitindən sonraya təsadüf edir.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Corc Bib bildirir ki, gərgin danışıqlar davam etdikcə təhlükəsizlik zəmanətlərinin təfərrüatları müzakirələrin mövzusu olacaq: 'Əminəm ki, ruslar Ukraynada Avropa hərbi qüvvələrinin – istər sülhməramlı, istərsə də Qərbi Ukraynada ehtiyat qüvvə kimi – yerləşdirilməsini tamamilə rədd edəcəklər. Bu, Rusiya üçün qırmızı xətdir. ...Amma düşünürəm ki, Qərbin Ukraynaya müdafiə məqsədli hərbi yardım göstərməsi prinsipini Rusiya artıq qəbul edib".

"Ukrayna növbəti danışıqlar üçün şərt kimi atəşkəsdə israr etməyəcək" - Zelenski.

ABŞ dövlət katibi Marko Rubio etiraf edib ki, Putin və Zelenskinin iştirakı ilə iki və ya üçtərəfli görüş haqda "aydın razılıq" yoxdur, "lakin buna necə nail olmaq barədə müzakirələr gedir".

Tramp: Putin və Zelenskinin görüşünə hazırlıq başlanıb

D.Tramp Putin və Zelenski arasında mümkün görüş üçün hazırlıqlara başladığını bildirib.

Görüşün yeri daha sonra müəyyənləşdiriləcək, - o, "Truth Social" hesabında yazıb.

Vurğulayıb ki, Rusiya və Ukrayna prezidentlərinin danışıqlarından sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

Davamı

XS
SM
MD
LG