Tramp Putinə zəng etdi
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. O, təxminən 40 dəqiqə davam edib, - bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat verib.
Tramp Putini Ağ evdə Ukrayna prezidenti Volodimir Zelenski və Avropa ölkələrinin liderləri ilə danışıqları barədə məlumatlandırıb.
Uşakovun sözlərinə görə, söhbət zamanı liderlər Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqlara dəstək ifadə ediblər. Həmçinin bu danışıqlarda Moskva və Kiyev nümayəndələrinin səviyyəsinin yüksəldilməsi ideyasını müzakirə ediblər.
Tramp-Zelenski-Avropa liderləri bir arada
Trampın Avropa liderləri ilə çoxtərəfli görüşü Oval kabinetdə deyil, Ağ evin banket zalında baş tutub. Tramp və Zelenski ora bir yerdə gəliblər.
Aİ liderləri ilə danışıqlardan əvvəl Tramp Zelenski ilə təkbətək görüş keçirib.
Tramp bildirib ki, Ukrayna üçün təhlükəsizlik təminatlarını ABŞ ilə koordinasiyalı şəkildə Avropa ölkələri verəcək.
"Bild": Tramp Avropa liderləri ilə danışıqları yarımçıq dayandıraraq Putinə zəng edib.