Keçid linkləri

2025, 19 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:38
D.Tramp və V.Zelenski
D.Tramp və V.Zelenski

Tramp, Zelenski və Avropa liderləri görüşdü

Avqustun 18-də Volodimir Zelenski və yeddi Avropa lideri Vaşinqtonda Donald Trampla görüşüb. Danışıqların əsas mövzusu Birləşmiş Ştatların Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakı olub. Görüş Tramp və Rusiya prezidenti Vladimir Putinin Alyaskadakı sammitindən sonraya təsadüf edir.

Kramatorskdakı ukraynalılar Tramp-Putin görüşünə fərqli yanaşırlar

Ukraynada ön cəbhədəki Kramatorsk şəhərində müharibədən yorulmuş ukraynalılar ABŞ və Rusiya liderlərinin 15 avqust Alyaska görüşü barədə fərqli fikirdədirlər. Bəzi yerli sakinlər Rusiya bayrağı altında yaşamağı rədd edəcəklərini deyirlər. Digərləri isə sadəcə müharibənin bitməsini istəyirlər.

Tramp Putini hərbi aerodromda qarşıladı

ABŞ prezidenti Donald Tramp Vladimir Putini Alyaskadakı "Elmendorf-Riçardson" aerodromunda qarşılayıb. Tramp və Putin təyyarələrindən eyni vaxtda çıxıblar.

Görüş üç saata yaxın çəkib

Donald Tramp və Vladimir Putin Alyaskanın Ankoric şəhərindəki "Elmendorf-Riçardson" Hərbi Hava Qüvvələri bazasında görüşüblər.

Dar tərkibdə danışıqlar 2 saat 45 dəqiqə davam edib.

Görüş başlamazdan əvvəl jurnalistlər protokol çəkilişi üçün otağa buraxılıb. Lakin onlar Putinə suallar verməyə başlayanda mətbuat otaqdan çıxarılıb.

V.Putin Amerika nümayəndə heyəti ilə danışıqları "faydalı və dolğun" adlandırıb.

Davamı

XS
SM
MD
LG