Keçid linkləri

2025, 19 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 14:59
D.Tramp və V.Zelenski
D.Tramp və V.Zelenski

Tramp, Zelenski və Avropa liderləri görüşdü

Avqustun 18-də Volodimir Zelenski və yeddi Avropa lideri Vaşinqtonda Donald Trampla görüşüb. Danışıqların əsas mövzusu Birləşmiş Ştatların Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakı olub. Görüş Tramp və Rusiya prezidenti Vladimir Putinin Alyaskadakı sammitindən sonraya təsadüf edir.

Tramp bildirib ki, Ukrayna üçün təhlükəsizlik təminatlarını ABŞ ilə koordinasiyalı şəkildə Avropa ölkələri verəcək.

"Bild": Tramp Avropa liderləri ilə danışıqları yarımçıq dayandıraraq Putinə zəng edib.

Oval kabinetdə Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinin qeyd olunduğu böyük xəritəsi quraşdırılıb. Tramp və Zelenski Ukrayna tərəfdən ərazi güzəştlərini müzakirə edib-etmədiklərini açıqlamayıblar.

Tramp: "Ukrayna münaqişəsinin həlli perspektivləri bir-iki həftəyə bəlli olacaq"

Eyni zamanda ABŞ prezidenti qeyd edib ki, nizamlanmanın əldə olunmaması ehtimalı da qalmaqdadır.

Davamı

XS
SM
MD
LG