Tramp Ağ evdə Zelenski ilə görüşüb
Ukraynanın NATO-ya qoşulması ilə bağlı suala cavabında Tramp deyib ki, Rusiyanın buna heç vaxt icazə verməyəcəyinə dair açıqlamaları olub: "Biz heç vaxt belə bir şeyi müzakirə etməmişik. Bu gün bunu müzakirə edəcəyik, biz çox yaxşı təhlükəsizlik zəmanətləri verməyə hazırıq".
Zelenski ərazi güzəştləri ilə bağlı suala cavab verməyib. O, münaqişə zamanı seçkilərin keçirilməsi ehtimalını rədd edib.
"Atəşkəs ideyasını bir səbəbə görə bəyənirəm - o, ölümləri bir-iki həftəyə deyil, dərhal dayandırmağa imkan verir. Amma biz hətta döyüşlər davam edərkən belə sülh sazişi üzərində işləyə bilərik", - Tramp Zelenski ilə danışıqlara başlamazdan əvvəl deyib. "Onlar döyüşməli olurlar. Mən onların dayanmasını istərdim, lakin strategiya baxımından bu, tərəflərdən birini əlverişsiz vəziyyətə sala bilər".
Tramp əlavə edib ki, Putin də münaqişənin bitməsini istəyir.
"Bizə davamlı sülh lazımdır. Ümid edirəm ki, bu, dərhal baş verəcək", - o bildirib.