Keçid linkləri

2025, 20 Avqust, çərşənbə, Bakı vaxtı 09:04
D.Tramp və V.Zelenski
D.Tramp və V.Zelenski

Tramp, Zelenski və Avropa liderləri görüşdü

Avqustun 18-də Volodimir Zelenski və yeddi Avropa lideri Vaşinqtonda Donald Trampla görüşüb. Danışıqların əsas mövzusu Birləşmiş Ştatların Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakı olub. Görüş Tramp və Rusiya prezidenti Vladimir Putinin Alyaskadakı sammitindən sonraya təsadüf edir.

Putin ümidvar olduğunu bildirib ki, Ukrayna və Avropa danışıqlara maneə yaratmayacaq: "Təxribatlar və ya pərdəarxası intriqalar vasitəsilə irəliləyişi pozmağa cəhd göstərməyəcəklər".

Putin Ukraynanın təhlükəsizliyi üzərində işləməyə hazır olduğunu bəyan edib: "Ukrayna nizamlanmasının davamlı olması üçün münaqişənin köklü səbəbləri aradan qaldırılmalıdır".

V.Putin Amerika nümayəndə heyəti ilə danışıqları "faydalı və dolğun" adlandırıb.

Görüş üç saata yaxın çəkib

Donald Tramp və Vladimir Putin Alyaskanın Ankoric şəhərindəki "Elmendorf-Riçardson" Hərbi Hava Qüvvələri bazasında görüşüblər.

Dar tərkibdə danışıqlar 2 saat 45 dəqiqə davam edib.

Görüş başlamazdan əvvəl jurnalistlər protokol çəkilişi üçün otağa buraxılıb. Lakin onlar Putinə suallar verməyə başlayanda mətbuat otaqdan çıxarılıb.

Davamı

XS
SM
MD
LG