Keçid linkləri

2025, 21 Avqust, Cümə axşamı, Bakı vaxtı 06:36

Hökumətin proqnoz göstəriciləri geri gedir


Azərbaycan Maliyyə Nazirliyi
Azərbaycan Maliyyə Nazirliyi

Azərbaycan Maliyyə Nazirliyi 2025-ci il üzrə yenilənmiş makroiqtisadi proqnozları açıqlayıb. Proqnoz göstəricilərində geriləmə var.

Məsələn, nazirliyin dünən, avqustun 19-da açıqlanan "Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər"ində bu il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 3 faiz artacağı proqnozlaşdırılır: "...2025-ci ildə ÜDM-in real artımı 3 faiz olmaqla nominal ifadədə 129.9 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0.7 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM 93.5 milyard manata (əvvəlki proqnoza nəzərən 1.3 milyard manat çox) çatacağı gözlənilir".

Amma ilin əvvəlində bildirilmişdi ki, ÜDM-də 3.7 faiz artım proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsi (DSK) bugünlərdə bildirib ki, hələlik, bu ilin yeddi ayında ÜDM-də artım cəmi 0.9 faiz olub.

"Kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərib. Belə ki, 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4.9 faizdən 4.6 faizə endirilib", - sənəddə bildirilir.

Sənəddə inflyasiya gözləntisinin isə artdığı qeyd edilir: "2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4.6 faiz səviyyəsində nəzərdə tutulsa da, cari ilin avqustunda təqdim edilmiş proqnoza əsasən, inflyasiya 5.4 faiz səviyyəsində gözlənilir".

DSK bu ilin yeddi ayında inflyasiyanı 5 faiz açıqlayıb.

'ING Group'dan Azərbaycana 'neft mesajı': 'Hasilat azalır, iqtisadi artım yavaşıyır'
Gözlə

No media source currently available

0:00 0:05:10 0:00

"Vəziyyət qəlizləşir"

Azərbaycanda müstəqil iqtisadçılar bu rəqəmlərin özlərinə belə şübhə ilə yanaşırlar. Onların iddiasına görə, Azərbaycanda real inflyasiya ikirəqəmlidir. Üstəlik, onlar ÜDM-in də 3 faiz artacağına şübhə edirlər. Sual edirlər ki, altı ayda ÜDM cəmi 0.9 faiz artıbsa, növbəti altı ayda nə baş verəcək ki, həmin rəqəm 3 faizə yüksələcək.

İqtisadçılardan Natiq Cəfərli isə vurğulayıb ki, 0.9 faiz əslində artım deyil: "Sözün qısası, hörmətli hökumət, vəziyyət qəlizləşir, iqtisadiyyatımız daralır, bu ilin ilk yeddi ayında ÜDM cəmi 0.9 faiz artıb, əslində isə azalıb, çünki iqtisadi nəzəriyyələrə görə, 2 faizdən aşağı ÜDM artımı normal sayılmır".

XS
SM
MD
LG